MOBILAZE layihəsi çərçivəsində təhvil-təslim mərasimi keçiriləcək
Avropa İttıfaqı (Aİ) və Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq Bəyannaməsi çərçivəsində həyata keçirilən Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsinin məqsədi nizamlı miqrasiya idarəçiliyini gücləndirmək məqsədilə Yerdəyişmə üzrə Tərəfdaşlığı imzalayan iştirakçı ölkələr arasında birbaşa mübadilə üçün möhkəm zəmin və real imkanlar yaratmaqdır.
Aİ tərəfindən maliyyələşdirilən MOBILAZE layihəsinin ümumi məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin potensialının artırılmasına xüsusi diqqət yetirməklə Yerdəyişmə üzrə Tərəfdaşlığın icrasını dəstəkləməkdir. Layihənin xüsusi məqsədləri Azərbaycan Hökumətinin miqrasiya sahəsindəki monitorinq, təhlil və proqnozlaşdırma potensialının artırılması, əmək miqrasiyası, sənədlərin təhlükəsizliyi, milli sığınacaq siyasəti sahəsində və geri qayıdan Azərbaycan vətəndaşlarının davamlı reinteqrasiyasını həyata keçirilməsində idarəçiliyi və potensialı gücləndirmək, o cümlədən Aİ və Azərbaycan arasında yerdəyişməyə dair ictimai məlumatlılığı artırmaqdır.
Layihənin sənədlərin təhlükəsiziliyinə dair 3-cü Komponenti bu sahədə əsasən iki milli tərəfmüqabilin – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının potensialların və təlimçilərinin təlim bacarıqlarının gücləndirilməsinə yönəlmişdir. Bir sıra layihə tədbirləri/fəaliyyətləri – seminarlar, təlimçilərin təlimi, dəstəkləyici pilot təlimlər, milli təlimlər, təlim vəsaitlərinin və kurikulumların, distant təlim elektron vəsaitin, smartfonlar üçün tətbiqin işlənib hazırlanması həyata keçirilmiş və Aİ-nin üzv olduğu 7 dövlətə təlim səfərləri təşkil edilmişdir.
Azərbaycan Respublikası dövlət orqanlarının nümayəndələri, Aİ-nin Azərbaycandakı Nümayəndəliyi, Niderland, Litva və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzi (MSİBM) təmsil edən ekspertlər 2018-ci il noyabrın 6-8-də Bakı şəhərində MOBILAZE layihəsinin sənədlərin təhlükəsizliyinə dair komponenti çərçivəsində təşkil olunan mühüm tədbir üçün bir araya gələcəklər. Tədbir zamanı sənədlərin təhlükəsizliyi üzrə bacarıqların artırılması və texniki yardım fəaliyyətlərinin nəticələri təqdim olunacaq və müzakirə ediləcəkdir. Bundan əlavə, bu tədbir həqiqi olmayan şəxsiyyəti təsdiq edən sənədlərin aşkar olunmasına yönələn sənədlərin təhlükəsizliyi üzrə təlimlərdən toplanmış təcrübənin və əldə edilmiş yaxşı təcrübənin təhlil edilməsinə həsr olunacaq. Tədbir zamanı, həmçinin Azərbaycan, Aİ və MSİBM ekspertlərinin birgə hazırladığı təlim vəsaitlərinin təhvil-qəbul mərasimi də baş tutacaqdır.
Təhvil-qəbul mərasimi zamanı aşağıda sadalanan təlim materiallarının hər iki dövlət qurumunun yüksək vəzifəli nümayəndələrinə təqdim olunması nəzərdə tutulur:
Səyahət sənədlərinin qoruyucu əlamətləri, hazırlanması texnologiyaları və yoxlanılması: Azərbaycan Respublikası dövlət orqanlarının əməkdaşları üçün təlim vəsaiti
Səyahət sənədlərinin qoruyucu əlamətləri, hazırlanması texnologiyaları və yoxlanılması: təlim vəsaiti və kurikulumları
Sərhəd və miqrasiya nəzarəti üçün cib lüğəti
Distant təlim üçün elektron vəsait (USB fləş-kart və onlayn versiyalar), habelə smartfonlar üçün tətbiq
Qeyd-olunan vasitələrin hər biri müasir təlim metodları və standartlarını, yaşlıların təlimi üzrə prinsipləri, təlim vəsaitləri və realiyaları, səmərəli kommunikasiya, qiymətləndirmə məsələlərini nəzərə alaraq hazırlanmış və Azərbaycan, MSİBM və Aİ ekspertləri arasında sıx əməkdaşlığın nəticəsidir. Niderland Krallığının səfiri də Təhvil-qəbul mərasimində iştirak edəcəkdir.
Frame.az