Azerbaijan Fashion Week 9-cu mövsümün -BİRİNCİ GÜNÜ
Mayın 1-də, Daş salnamə Muzeyində Azerbaijan Fashion Week – ölkəmizin rəsmi moda həftəsinin 9-cu mövsümünün rəsmi açılışı oldu. Birinci gün çərçivəsində Azərbaycan, Qazaxıstan və Ukrayna dizaynerlərinin kolleksiyalarından ibarət altı nümayiş sərgiləndi.
Azərbaycan moda həftəsinin 9-cu mövsümü Qazaxıstanlı dizayner AlexChzhen-in, qonaqlara göstərdiyi özünəməxsus qadınvari-romantik stildə kolleksiyanın nümayişiylə açıldı. Modellər enliətək şlyapalarda və əsasən qara rəngli sərbəst biçimli geyimlərdə podiuma çıxdı. Düzxətlər və müxtəlif irilikdə noxudu şəklində printlər klassik qadınlığı vurğulayırdı, və hətta modellərin boyunlarındaki ipək atqılar belə, göstərilmiş obrazlarazəriflik və incəlik verirdi.
Yumşaqlıq və zərifliyin əksinə, ardıyca kişilik və brutallıq gəlir. Qazaxıstandan olan Nomad Homme kişi geyimləri markasının kolleksiyası məhz bu keyfiyyətlərlə fərqlənirdi. Marka kütlədən seçilməyə qorxmayan kişilər üçün geyiniləbilən anderqraund stilində kolleksiyanı təqdim etdi. Sanki boks rinqindəki döyüşçülərdən alınmış başlıqlı geyimlər isə, kolleksiyaya cəsarət və yüngül aqressivlik çaları verirdi.
Növbəti nümayiş, Azerbaijan Fashion Week podiumunu yenidən sərhədsiz qadınlığın sərəncamına verdi. Ukraynadan olan, və yapon dilindən “mükəmməl gözəllik” kimi tərcümə olunan Mayumi markası, qonaqlara çiçək printli və ətəklikli zərif donlardan ibarət kolleksiyanı nümayiş etdi. Marka adı tamamilə doğru seçilib. Kolleksiya təxəyyülü inanılmaz həllərlə təəcübləndirməsə də, zalda olan qadınların ürəyincə oldu, axı gözəllik sadəlikdən ibarətdir. Və əgər Ukrayna dizayneri Alyona Pristupko kolleksiyasının birinci yarısında Hollivudun qızıl vaxtının filmlərindən qəhrəman-evdar qadın obrazı assosiasiyası yaradılırdısa, nümayişin ikinci yarısında don-kombinasiyalara atılmış plaşlar artıq əsl qadınlığın hissiyyatlı tərəfini göstərirdi.
Azərbaycan ayaqqabı markası Çəkməçi öz nümayişlərinə yaradıcı yanaşmayla daim diqqət cəlb edir. Moda Həftəsinin qonaqları artıq öyrəşiblər ki, podiumda bu markanın nümayişləri çərçivəsində müxtəlif ulduzlar və selebriti çıxış edir, bu dəfə də, marka əlavə olaraq, əyləncə təşkili ilə təəccübləndirməyə qərar verdi. Nümayişdən əvvəl, podiuma – özündə rəqs elementlərini, akrobatika və oyunu cəm edən, və braziliya milli musiqisi sədaları altında ifa olunan, braziliya milli döyüş sənəti olan, kapoeyra nümayəndələri çıxdı. Onlar tamaşaçılara öz bacarıqlarını nümayiş etdilər və podiumu, Çəkməçi ayaqqabı markasının həm klassik, həm də avanqard xətlərini tamaşaçılara təqdim edən, ulduz modellərin sərəncamına verdilər. Podiumda model kimi “TheBestModelOfAzerbaijan 2007” və “TheBestModeloftheWorld 2007” titullarının sahibi Rüstəm Cəbrayılovu, nümayişdə iştirak üçün, xüsusi olaraq Bakıya gəlmiş məşhur televiziya aparıcısı və aktyor Şəxriyar Əbilovu, top vizajist Natalya İsmayılovanı və bir çox başqalarını müşahidə etdik.
Gənc dizayner Mədinə Zalovanın rəhbərliyi altında Azərbaycan markası Meeamee tamaşaçıları yalnız orijinal, həndəsi və assimetrik geyim biçimiylə sevindirməklə qalmadı, həm də nümayişin orijinal xoreoqrafiyasıyla qonaqları feyziyab etdi. Kolleksiya müxtəlif rənglərdən ibarət, qısa monoxrom donların bolluğuyla fərqlənirdi, və geyim rahatlığı və praktikliyə malik olduğu üçün, bir çox dəbpərəst qadınların ürəyincə olacaq.
Scandar markasının debüt nümayişi nümayişlərin birinci gününün son nöqtəsini qoydu. Yaradıcılıq təbiətinin ayrılmaz hissəsi kimi divanəlik – məhz bu, ruhi xəstəliklər müəssisələrində istifadə olunan sakitləşdirici köynəkləri xatırladan donlara üstünlük verən kolleksiyanın əsas şüarı oldu. Şübhəsiz, nümayişlərin birinci gününün bütün qonaqları, olkənin fashion-sahəsində, hələ çox eşidəcəyimiz, yeni adın doğuluşunun şahidi oldular.
Nümayişlərin birinci günü L’Avenue restoranında, Blanc 1664 fransız pivə markasıyla birgə əməkdaşlıqla təşkil edilən afterparty ilə sona yetdi.
Bu gün, mayın 2-də, Azerbaijan Fashion Week öz işini davam edəcək, və öz qonaqlarını Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyə dizaynerlərinin kolleksiyalarıyla tanış edəcək – Aynoor, Alan Volovikis, Embr Atelier, Fakhriya Khalafova, Arunaz Couture və Guler Baysal.
Frame.az