EventsMuğamMusiqiMədəniyyət

“Muğam axşamlar”ı layihəsinin yekun konserti keçirilib

Dekabrın 27- də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı  ilə keçirilən “Muğam axşamları” adlı möhtəşəm layihənin yekun  konserti keçirilib.
Gecədə Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Dürdanə Ələkbərova, Malik Həsənov, İnci Şirvanlı, Sədəf Budaqovanın ifasında  ”Heyratı”, ”Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı”, “Şirvan Şikəstəsi”, ”Kəsmə Şikəstə”  ritmik muğamları səsləndirilib.
  Xanəndələri tarda Altay Niftəliyev, Rəşad İbrahimov, kamançada Təbriz Yusufov və Araz Ağaverdiyev, balabanda Süleyman Əliyev, nağarada Ruhulla Dadaşov, qanunda Aysu Sadıqova, udda Ramil Məmmədli müşayiət ediblər.
Xatırladaq ki, ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər ”Muğam axşamlar”ı layihəsi  çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında “Rast”,”Şur”,”Segah”,”Çahargah”,”Bayatı-Şiraz”,”Şüştər”, ”Hümayun” muğamları ifa edilmişdir.
11 oktyabr tarixində  başlamış   layihənin ikinci mərhələsində “Mahur-Hindi”, “Bayatı-Kürd”, “Orta Mahur”, “Rahab”, “Bayatı-Qacar”, “Şahnaz”, “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah” muğamları səslənmişdir.
Layihənin informasiya dəstəyi  Mədəniyyət kanalı,  .Azərtac, Azərbaycan radiosu,“Baku” jurnalıdır.
 Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!