Faydamız OlsunSağlamlıq

Nə üçün suyu təkrar qaynatmaq olmaz

Hər birimiz tez-tez sevimli şou və ya seriala baxaraq unuduruq ki çaydandakı su artıq qaynayıb. Onu yenidən işə salıb suyu təkrar qaynadırıq. Bilirsinizmi bu zaman suyun tərkibində nələr baş verir?

Su qaynayan zaman onun tərkibi dəyişir və bu da tamamilə normal bir prosesdir. Uçan komponentlər buxara çevrilir və uçub yox olurlarş Beləliklə qaynamış su istifadə üçün tam yararlı hala düşür.

Lakin təkrar qaynama zamanı suyun tərkibi artıq pis mənada dəyişir. Bu zaman artıq suda ziyanlə komponentlərin yaranması baş verir.

Bu komponentlər içində arsen, nitratlar və flüor var. Təkrar qaynatma zaman faydalı minerallar da ziyan verə bilər. Məsələn, kalsium duzları böyrəklərdə və öd kisəsində daşlar yarada bilər.

Arsen

Ümumdünya Səhiyyə Təşkilatına görə “içməli suda olan ziyan əsasən arsenlə bağlıdır”.

Suda olan arsen zəhrlənmə verə bilər. Bundan əlavə, arsen tədricən orqanizmdə toplanmaqla qarşısıalınmaz fiziki fəsadlara yol aça bilər.

Arsenlə bağlı potensial risklərə periferik neyropatiya, mədə-bağırsaq pozğunluqları, dərinin zədələnməsi, şəkərli diabet, böyrəklərin fəaliyyətində pozğunluq, ürək qan-damar və hətta xərçəng xəstəliklərini də aid etmək olar.

Nitratlar

Nitratlar torpaq, su və hava da daxil olmaqla hər yerdə mövcuddurlar. Lakin onların böyük həcmdə termik emal sonrası daxilə qəbul edilməsi böyük fəsadlara yol aça bilər.

Yüksək temperaturlarda nitratlar nitrozaminə çevrilir ki bu da öz növbəsində kanserogen maddədir.

Nitratlar leykemiya, yoğun bağırsağın xərçəngi, sidik kisəsi, mədə, mədəaltı vəzlərlə bağlı problemlərə, habelə qida borusu xərçənginə səbəb ola bilər.

Flüor

Flüor birmənalı olaraq qarşılanmır. Amma alimlərin əksəriyyəti hesab edir ki, flüor orqanizm üçün təhlükə törədə bilər. Suyu təkrar qaynadan zaman flüor birləşmələrinin bir hissəsi flüoridlərə çevrilir.

Harvard Universiteti bu sahədə son 22 ildə apardığı 27 tədqiqatın nəticəsi olaraq bu qənaətə gəlmişdir ki, flüorid uşaqlara neqativ nevroloji təsir göstərir və hətta onların əqli inkişafını da ləngidə bilər.

Tədqiqatların nəticələri Environment Health Science jurnalında təqdim edilib. Onun mənfi təsirlərindən biri də qadınlarda sonsuzluq xəstəliyinə səbəb ola bilməsidir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!