Nəfis Panço tortu
Biskvit üçün:
• 8 yumurta
• 1.5 stəkan şəkər tozu
• 0.5 stəkan limonlu ilıq su
• 3 xörək qaşığı kakao
• Qabartma tozu
• Vanilin
Krem üçün:
• 200 qr qaymaq
• 200 qr xama
• 1.5 stəkan şəkər tozu
• Vanilin
• Vişnə
• Qoz
• Şokolad
Yumurta şəkər tozu ilə birlikdə ağarana qədər çalınır və üzərinə limonlu su, qabartma tozu və kakao əlavə edilib çalınmağa davam edilir. Un əlavə edilərək qarışdırılır və xəmir qaba tökülərək 180 dərəcədə 1 saata yaxın bişirilir.
Biskvitdən 1.5-2 sm qalınlıqda kəsərək üst götürürük və aşağı hissənin üzərinə krem çəkirik. Kəsilən biskvit kub şəklində doğranılır və kremə batırılaraq dağ formasında üst-üstə yığılır. Aralarına vişnə və qoz düzülür. Üzəri kremlə örtüldükdən sonra əritdiyimiz şokoladla bəzənilir.
Nuş olsun!
Frame.az