IqtisadiyyatMobil dünyaTəqdimat

“Nar” 4G istifadəçilərinin sayı yarım milyon oldu

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək göstəriciyə nail olub. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə“Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda “Nar”-ın yüksəkkeyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı 500 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına baza stansiyalarının sürətlə artımı, 4G SIM və 4G smartfon penertasiyası təsir edib.

Qeyd edək ki, “Nar” 4G interneti paytaxtla yanaşı, ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. “Nar” 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində internettrafikinin həcmi bu ilin əvvəli ilə müqayisədə 36% artıb.

4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.Limitsiz internet paketləri,müştərilərə həm internet, həm danışıq dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər “Nar” 4G istifadəçilərinin sayının artmasına təsir edib.

“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke 4G istifadəçilərinin sayının yarım milyona çatmasını böyük uğur adlandırıb: “Faəliyyətə başladığımız vaxtdan bu günə qədər “Nar” olaraq, öz abunəçilərimizə yüksək xidmət göstərməyi və müştəri məmnuniyyətini daim diqqətdə saxlayırıq. Peşəkar komandamızın səyi və abunəçilərimizə göstərdiyimiz yüksək xidmət nəticəsində son 10 ayda 4G istifadəçilərinin sayı Bakı üzrə 2, regionlar üzrə isə 3 dəfə artıb. “Nar” olaraq, uğurlarımız bundan sonra da davam edəcək”.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!