Baku 2017

“Nar” şirkəti Oyunların tərəfdaşı seçildi

“Nar” şirkəti bu ilin 12-22 may tarixlərində ölkəmizdə keçiriləcək Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçildi.

Rəsmi tərəfdaşlığa dair saziş hər iki şirkət rəsmilərinin iştirakı ilə imzalanıb. “Nar”  Bakı 2017 IV İslam Həmrəyliyi   zamanı Oyunların Əməliyyat Komitəsini mobil telekommunikasiya xidmətləri – zəng və data xidmətləri ilə təmin edəcək, eləcə də İnformasiya Əlaqə Mərkəzi və Oyunların Texnologiya Şöbəsinə dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.

Bakı 2017 IV İslam Həmrəyliyi Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov: “Azərbaycanda uzun illərdir ki, uğurla fəaliyyət göstərən və böyük abunəçi sayına məxsus olan “Nar” şirkəti Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekomunikasiya dəstəkçisi seçilmişdir. Oyunlar zamanı yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin olunmaq çox vacibdir. Əminəm ki, birgə əməkdaşlığımız sayəsində “Nar” şirkəti Bakı 2017 IV İslam Həmrəyliyi   Oyunlarının uğurla həyata keçirilməsində öz dəyərli töhfəsini verəcək.”

“Nar”-ın baş icraçı direktoru Klaus Muller “Nar”-ın Bakı 2017 IV İslam Həmrəyliyi   Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı seçilməsini şirkət üçün  böyük qürur hissi adlandırıb. Klaus Muller: “İki il öncə Azərbaycanda keçirilmiş ilk Avropa Oyunlarının tərəfdaşı olaraq, bu səpkili mühüm layihələrdə birgə əməkdaşlıq istiqamətində kifayət qədər  təcrübə qazanmışıq. Bu təcrübəyə əsaslanaraq deyə bilərəm ki, layihənin telekommunikasiya tərəfdaşı olaraq, “Nar”-ın peşəkar əməkdaşları Bakı 2017 Oyunlarının təşkilatçılarına və iştirakçılarına yüksək keyfiyyətli xidmət göstərəcək. Əminəm ki, Azərbaycanın tarixində Bakı 2017 IV İslam Həmrəyliyi  Oyunları çox böyük hadisə olacaq və “Nar” şirkətinin bu hadisənin bir parçası olması bizə qürur verir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!