IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Naxçıvanda “Aqrar könüllülük” proqramına start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Kənd Təsərrüfatı nazirliklərinin birgə əməkdaşlığı ilə “Aqrar könüllülük” proqramına start verilib.

Bu münasibətlə Naxçıvan Biznes Mərkəzində aqrar sahədə fəaliyyət göstərəcək könüllü qrupuna qatılan gənclərlə görüş keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova proqramın məqsəd və əhəmiyyəti barədə danışıblar.

Könüllü gənclərdən Turanə Niftəliyeva bu sahədəki fəaliyyətindən bəhs edib, sözügedən layihə ilə aqrar sahədə yeni təcrübələr qazanmaq istəyində olduğunu diqqətə çatdırıb.

Sonra aqrar sahədəki fəaliyyət istiqamətləri ilə bağlı videoçarxa baxış olub, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, proqram çərçivəsində könüllülər aqrar sahəyə dair təcrübələr qazanacaq, xüsusilə sorğuların keçirilməsi, fermerlərlə ünsiyyətin qurulması ilə bağlı vərdişlərə, kənd təsərrüfatı texnologiyalarına dair zəruri biliklərə yiyələnəcəklər. Onlar, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçiriləcək tədbirlərdə, o cümlədən təbliğat, təşviqat və maarifləndirmə işlərində yaxından iştirak edəcəklər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!