IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Nepalın Baş prokuroru “ASAN xidmət”də  

Nepalın Baş prokuroru “ASAN xidmət”də

 

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasında iştirakı çərçivəsində ölkəmizdə səfərdə olan Nepal Federativ Demokratik Respublikasının Baş prokuroru Rameş Badalın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

 

Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmş “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

 

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.

 

Nepalın Baş prokuroru “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və müvafiq konsepsiya barədə ölkəsinin vəzifəli nümayəndələrinə məlumat verəcəyini bildirib.

 

Eyni zamanda görüş çərçivəsində sözügedən istiqamətlər üzrə mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

 

Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olublar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!