Frame LifeTəqdimat

NETTY2017 Azərbaycan Milli İnternet Mükafatında iştirak üçün ərizələrin qeydiyyatı davam edir

100-dən çox sayt, layihə və proqram artıq müsabiqədə iştirak edir.

NETTY-nin Təşkilat Komitəsinin sədrinin Ruslan Novruzovunun sözlərinə görə, ənənəvi olaraq müsabiqənin iştirakçıları arasında həm tanınmış, həm də ilk dəfə iştirak edən layihələr var. Mükafat ölkədə informasiya texnologiyaları bazarı tərəfindən təklif edilən xidmətlərin və həllərin bütün spektrini əhatə edir və qiymətləndirir; saytlardan tutmuş infrastruktur layihələrə qədər. NETTY nailiyyətləri və sahənin trendlərini nümayiş etmək üçün tanınmış platformadır.

Müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə ən yaxşı saytlar elan olunacaq: “Azərbaycan”, “Dövlət saytı”, “Təhsil və elm”, “Mədəniyyət və incəsənət”, “Cəmiyyət”, “İnformasiya və xəbərlər”, “Servis-sayt”, “Korporativ sayt”, “Elektron ticarət sahəsində ən yaxşı layihə”, “İdman”, “Şəxsi sayt”, “Virtual münsiflər heyətinin seçimi”.

NETTY2017-də “Facebook-un ən yaxşı şəxsi səhifəsi” və “Facebook-un ən yaxşı korporativ səhifəsi” yeni nominasiyalarda ərizələri qəbul olunur.

Əvvəlki kimi, müsabiqə çərçivəsində Android, IOS, Windows əməliyyat sistemlərində yaradılmış ən yaxşı Azərbaycan proqramları müəyyən olunur.

Ənənəvi, Azərbaycan bazarının əsas nailiyyətləri və yüksək texnologiyaların layihələri “İlin IT-hadisəsi” nominasiyasında elan olunacaq.

Virtual münsiflər heyətində iştirak etmək və ya yuxarıda göstərilən nominasiyalar üzrə ərizənin verilməsi üçün www.netty.az saytında qeydiyyatdan keçmək lazımdır. Xatırladırıq ki, müsabiqədə qeydiyyat 15 may 2017-ci ilə tarixədək mümkündür. 15 maydan 22 mayadək NETTY2017 nominantlarının müəyyən olunması üçün Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi keçəcək. 22 mayda, seçilmiş nominantlara əsaslanaraq, nominasiyaların hər birində mükafatın tək qalibini müəyyən edən NETTY Akademiyası öz səsverməsinə başlayır. Göstərilən dövr çərçivəsində həmçinin müsabiqədən kənar həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir.

NETTY2017-nin qalibləri rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi – qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mərasimin keçirilmə tarixi və yeri haqqında əlavə olaraq məlumat veriləcək.

Bu il, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin rəsmi dəstəyi ilə keçirilir.

Mükafatın baş partnyoru – Azercell şirkətidir. Mükafatın partnyorları: BakuTel sərgisi, SmartHost.az şirkəti, Renley.az İnternet-agentliyi, Kassir.az layihəsi. Hüquqi dəstək dejure.az layihəsi tərəfindən göstərilir. Elektron ticarət sahəsində ən yaxşı sayt nominasiyanın partnyoru Acqalma.az layihəsidir. Tədbirə İnformasiya dəstəyini Infocity.az, телеканал CBC, сайты 1news.az, Oxu.az, Disput.az, Salamnews.org, GameZone Baku, Autoradio.az göstərir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır. 2017-ci ildə NETTY Azərbaycanın Milli İnternet-Mükafatı 13-cü dəfəyə keçirilir. Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az ünvanına göndərə bilərsiniz. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!