Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevın anım günü ilə əlaqədar repertuar dəyişikliyi edilib
Dekabrın 12 –də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar komediya janrında olan filmlərinin nümayişi dayandırılacaq.
Kinomərkəzin repertuarına, Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasında rejissor Eldar Quliyevin çəkdiyi “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” adlı qısametrajlı sənədli film daxıl ediləcək.
Film seansları 12:30, 15:25, və 18:25-də keçiriləcək.
Seanslara giriş sərbəstdir.
Film haqqında daha ətraflı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən öyrənmək mümkündür.
Frame.az