EkologiyaFrame LifeSağlamlıqTəqdimat

Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyasına uşaqdan böyüyə hər kəs qoşulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Grandmart” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Bir ağac – min nəfəs” devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası keçirilib.

Frame.az nazirliyin mətbuat xidmətinə istinadla bildirir ki, paytaxtın Qaradağ rayonu, Qobu park yaşayış massivində keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 30 ədəd işlənmiş batareya, ümumi tutumu 287 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.

Nazirlik hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırır.

Qeyd edilib ki, tingpaylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!