EventsIqtisadiyyatTəqdimat

“Atəşgah” Sığorta Şirkəti mart ayı ərzində sürücülərə 564 857 AZN ödəniş edib

Fəaliyyət göstərdiyi 25 il ərzində müştərilərə sığorta sahəsi üzrə yüksək səviyyəli xidmət göstərən “Atəşgah” Sığorta Şirkəti mart ayı ərzində müştərilərə həyata keçirdiyi ödənişləri açıqlayıb.

Belə ki, ötən ay şirkət KASKO sığorta məhsulu çərçivəsində 67 sığorta hadisəsi üzrə zərərçəkmiş müştərilərə  222 423AZN, AVSMMİS növü üzrə 342 434 AZN, ümumilikdə isə 564 857 AZN sığorta ödənişi edib.

Həmçinin, “Atəşgah” Sığorta Şirkəti tərəfindən mart ayı ərzində Daşınmaz əmlakın icbari sığortası üzrə müştərilərə 15 485 AZN pul vəsaiti ödənilib.

Əsas iş prinsipi və məramı müştəri məmnunluğu , çevik və ədalətli tənzimləmə prosesi olan “Atəşgah” Sığorta Şirkəti bütün müştərilərə qəzasız həyat arzu edir!

Lakin, unutmayın ki, hər-hansı bir hadisə baş verərsə, Biz dərhal Sizin yanınızda olacağıq!

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!