Oğlanlarımız MDB Oyunlarına qələbə ilə başladı
Bu gün III MDB Oyunlarında voleybolçu oğlanların mübarizəsində ilk oyunlar keçirilib. Gəncə İdman Sarayında təşkil olunan birinci qarşılaşmada Rusiya və Özbəkistan komandaları üz-üzə gəliblər. Oyun rus voleybolçuların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün növbəti qarşılaşması Azərbaycan və Qırğızıstan yığmaları arasında olub. Bu görüşdə millimiz 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, komandamız növbəti oyununa oktyabrın 2-də çıxacaq. Rəqibimiz isə Özbəkistan yığması olacaq.
III MDB Oyunları
30 sentyabr (Gəncə İdman Sarayı)
Rusiya – Özbəkistan 3:1 (23:25, 25:22, 25:16, 25:19)
Azərbaycan – Qırğızıstan 3:0 (25:16, 25:20, 30:28)

