RevizorTəqdimat

ÖzSüt restoranlar şəbəkəsinin daha bir şöbəsi fəaliyyətə başladı

Türkiyənin məşhur ÖzSüt restoranlar şəbəkəsi indi Bakıda daha bir yeni ünvanda müştərilərinə xidmət göstərir.
Avqustun 9-dan etibarən M. Rəsulzadə küçəsi 10 ( köhnə Azərbaycan Kinoteatrının yanı) ünvanında yerləşən yeni restoran ÖzSüt sevənlərin ixtiyarına verildi.
Türkiyədə şirniyyat və tortlari ile bir nömrə marka olan ÖzSüt yeni şöbəsində də səhər yeməyi çeşidləri ilə saat 08:00-dan etibarən xidmətinizdədir. Türkiyənin 44 bölgəsində 200 şöbəsi olan ÖzSüt Azərbaycanda ilk dəfə 2014-cü ildə fəaliyyətə başlayıb. İsveçrədən Cənubi Afrikaya, Avstraliyadan Amerika Birləşmiş Ştatlarına qədər 60-a yaxın ölkənin seçimi olan Valrhona şokoladları, geniş çeşidli şiniyyatları, dondurmaları müştərilərinə təqdim edən ÖzSüt Azərbaycanda da hər kəsin sevimli məkanına çevrilib. Menyusunda Türk-Avropa mətbəxindən yemək, salat, makaronları ilə geniş çeşid təklif edən ÖzSüt kofelərini dünyaca məşhur Richards kafe markasından hazırlayır. Şəhərimizdə səhər yeməyi adətini inkişaf etdirən və səhər yeməyində daha çox seçilən məkan olaraq ÖzSüt Bakıdakı filiallara da şirniyyatlar, dondurmalar Türkiyədən keyfiyyəti qorunaraq gətirilir.
ÖzSütün istehsal etdiyi hər bir məhsul seçilmiş keyfiyyət standartlarına uyğun gəlir.
Daha çox ailəli müştərilərin sevimli məkanı olan Özsüt, yeni şöbəsində də uşaqlar üçün əyləncə məkanı nəzərdə tutur. Qeyd edək ki, məkanın Gənclikdəki şöbəsində həftəsonları uşaqların vaxtını daha səmərəli keçirməsi üçün xüsusi təlimçi də cəlb olunur.
Fəaliyyətə başladığı gündən müştəri məmnuniyyətinə əhəmiyyət verən ÖzSüt müştəriləri üçün özəl ÖzSüt Bonus kartı da təklif edir. ÖzSüt kart sahibləri ödənilən hesabın 5% balansına yükləyərək arzu edilən zaman o məbləği hesab ödəyərkən istifadə şansı əldə edir.
ÖzSütün Azərbaycandaki nümayəndələri yeni açılmış şöbənin Gənclik filialı kimi bir çox müştərilərin sevimli məkanı olacağına ümid edirlər.

This slideshow requires JavaScript.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!