Motivasiya

Özünüzə inanın!

Özünə inam inkişafa təsir edən amil olmaqla yanaşı, xüsusilə uşaqlıq dövrünün ilk illərində valideynlərin uşağa qarşı münasibətləri və hisləri bu mövzuya təsir etmək baxımından çox önəmlidir. Valideynlərdən biri və ya hər ikisi uşağı həddindən artıq tənqid edir və ondan çox şeylər tələb edirsə, müstəqilliyinin qarşısını alırsa, uşaq özünün qabiliyyətsiz, bacarıqsız və dəyərsiz olduğuna inana bilər. Halbuki, valideynlər uşaqlarının cəhdlərini dəstəkləsə, inkişaflarını alqışlasa, səhv etdikləri zaman doğrunu tapmalarına kömək etsə, onları sevməyə və qəbul etməyə davam etsə, uşaqlar da özlərini qəbul etməyi, sevməyi və güvənməyi öyrənə bilərlər.

Özünüzə güvənmək və inanmaq üçün mənfi düşüncələri həyatınızdan çıxarın.
Xarici təsirlərə qarşı qorunmaq üçün insanlar bəzi qeyri-real şeylər düşünürlər. Özünə inama mənfi təsir edən bir neçə düşüncə şəkli və onların həqiqi variantları bu şəkildə sıralana bilər:
“Hər kəsin sevgisini, etibarını və inamını qazanmalıyam”.
Bu mükəmməl, əlçatmaz bir hədəfdir və insanın dəyərini tamamilə başqalarının təsdiqinə aid olduğunu bildirər. Sanki başqalarından asılı vəziyyətə düşə bilər. Halbuki, fərdi dəyər və meyarları inkişaf etdirmək daha yaxşıdır.
“Bütün mühüm sahələrdə qabiliyyətli və müvəffəqiyyətli olmalıyam”.
Bu da mükəmməl, əlçatmaz bir hədəfdir və fərdi dəyəri müvəffəqiyyətlə ölçməyə əsaslanır. Halbuki, müvəffəqiyyət doyurucu ola bilsə də, sizi daha qiymətli etməz. Dəyərli olmaq hər insanın doğuşdan sahib olduğu bir xüsusiyyətdir. Özünüzü daim inkişaf etdirin. Özünüzü olduğunuz kimi sevin və dəyərləndirin.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!