IqtisadiyyatTəqdimat

Pandemiya dövründə Bakı, Sumqayıt və Abşeronda 30 marşrut üzrə 139 avtobus istismar edilir

Pandemiya dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 30 marşrut üzrə 139 avtobus istismar olunur.

Frame.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) bu il martın 24-dən iyulun 24-dək olan tarixlər üçün “Pandemiya dövründə avtomobil nəqliyyatı ilə daşımaların vəziyyəti və göstərilən xidmətlər” barədə apardığı monitorinqin nəticələrində deyilir.

Bildirilir ki, normal iş rejimində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları üzrə sərnişindaşımaları 12 hüquqi şəxs və 13 fiziki şəxs tərəfindən yerinə yetirilirdi. Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 68 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 66 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrutda 61 avtobus olmaqla ümumilikdə gündəlik 30 marşrut üzrə 195 avtobus istismar edilirdi.

Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında sərnişin axını azaldığı üçün istismar olunan avtobusların sayı da sərnişin axınına uyğunlaşdırılıb. Buna müvafiq olaraq sərnişin daşımaları 7 hüquqi şəxs və 13 fiziki şəxs tərəfindən davam etdirilib. Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 32 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 53 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 54 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 139 avtobus istismar olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!