IdmanTəqdimat

“Paris-2024”də bürünc medal qazanan idmançı Azərbaycan paralimpiya tarixinə düşüb

Parataekvondoçu Sabir Zeynalov Azərbaycan paralimpiya tarixinə düşüb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 58 kiloqram çəkidə çıxış edən 19 yaşlı idmançı buna “Paris-2024” Yay Paralimpiya Oyunlarında fəxri kürsüyə yüksəlməklə nail olub.

K44 kateqoriyasında mübarizə aparan S.Zeynalov Paralimpiadanı bürünc medalla başa vurub. Bunadək isə dördilliyin ən mötəbər yarışında Azərbaycan parataekvondoçusu fərqlənməmişdi. Sabir Oyunlarda ilk dəfə ən güclülər sırasına düşüb.

Qələbə ilə bağlı təəssüratlarını bölüşən idmançı 19 yaşında Paralimpiya Oyunlarında bürünc medal qazanmağın çox qürurverici olduğunu bildirib: “Məqsədim Vətənə çempion olaraq qayıtmaq idi, amma müəyyən səhvlər görə qızılı əldən verdim. Buna baxmayaraq, tailandlı rəqibimi məğlub etməyi bacardım. Yeni hədəflərim var. Dünya və Avropa çempionu olmaq, həmçinin Los-Anceles Paralimpiadasında çempion olmaq istəyirəm. Dəstəyinə və diqqətinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə, Milli Paralimpiya Komitəsinə, Taekvondo Federasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!