Parisdə cüdo üzrə Böyük Dəbilqə turniri start götürüb
Fransanın paytaxtı Parisdə cüdo üzrə Böyük Dəbilqə turniri start götürüb.
Nüfuzlu yarışın ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc olmaqla 2 medal qazanıblar.
-60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu məğlub edərək karyerasında üçüncü dəfə bu turnirin qalibi olub.
-66 kq çəkidə tatamiyə çıxan Ruslan Paşayev isə bürünc medal uğrunda görüşdə İtaliya idmançısı Valerio Akkolini son saniyələrdə yuko xalı ilə üstələyərək üçüncü yeri tutub.
Qeyd edək ki, sabah yarışda daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.

