Park Cinema 2018-ci ili“Qrinç”lə yola salır
25 dekabrda “Park Cinema Park Bulvar”da rejissorlar Yarou Çeyni və Skott Moujerin “Qrinç” cizgi filminin qapalı nümayişi keçiriləcək. Bu, Yeni İl bayramını oğurlamaq istəyən tərbiyəli introvert haqqında bir filmdir. “Qrinç”in özü bu dəfə tanınmış britaniyalı aktyor Benedikt Kamberbetş tərəfindən səsləndirilib.
“Bizim üçün “Qrinç”in nümayişi 2018-ci ilin son premyerasıdır, – “Park Cinema” şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev deyə bildirib. – Bəli, Qrinç Yeni İli oğurlamaq istəyir, amma həmin bayramının rəmzlərindən biridir. Onu həm uşaqlar, həm də böyüklər sevir və mən əminəm ki, biz bunun şahidi olacağıq”.
75 000 000 ABŞ dollarlıq büdcəsinə malik olan “Qrinç”, artıq 422 000 000 ABŞ dollar qazanıb. Ekspertlər film barəsində müsbət fikirdədir, Benedikt Kamberbetçin oyunu isə xüsusi olaraq fərqlənir. “Qrinçin “səs”ini tapmaq üçün mənə 5-6 gün lazım oldu. Qəhrəmanımın özəl səhər adət-ənənələri var. Hamısından olmasa da, bəzilərindən istifadə etdim”, – aktyorun özü deyib.
Azərbaycanda ümumi yayıma “Qrinç” dekabrın 27-də çıxacaq. Filmin yaş limiti – 6+.
“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.
“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.
Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.
Frame.az