CinemaEventsTəqdimat

Park Cinema ekranlarında koreya dilində ilk film nümayiş olundu

Dünən noyabr ayının 23-də Koreya səfirinin, diplomatların, koreya şirkətlərinin və medianın iştirakı ilə Park Cinemada ilk koreya filmi böyük ekranda nümayiş olundu. Məhşur blokbaster “Pusana qatar” apokaliptik dəhşət filmi dünya ölkələrində kifayət qədər populyarlıq qazandıqdan sonra ölkəmizdə də geniş audotira qarşısına çıxarılır.

Park Cinemanın təşəbbüsü ilə original koreya dilində nümayiş olunan filmdə iştirak edən Koreya Səfiri Kim Chang-gyu film haqqında təəsüratlarını bölüşüb: “Filmdə kimya sənayesi, kapital marketlər və kapitalizmin gətirdiyi dəyər olan eqoizm kimi müasir dövrdə insanları ağuşuna alan təhlükələrdən bəhs edilir. Belə çətin və təhlükəli vəziyyətdə də olan sevgi, ailəyə bağlılıq, digərlərini düşünmək kimi dəyərlərin yaşadılması və qələbə qazanması çox gözəl təsvir olunmuşdur.”

Filmin premyerası Kann festivalı çərçivəsində baş tutub və tənqidçilərdən çoxsaylı müsbət rəylər qazanıb. Filmin ideyası o qədər uğurludur ki, Fox və Sony studiyaları  onun ingilisdilli remeykini çəkmək hüququ uğrunda mübarizəyə başlayıblar. İri Hollivud studiyalarından başqa filmin çəkilişi hüququ uğrunda Gaumont, Canal Plus və EuropaCorp-dan fransızlar da qoşulublar. Cənubi Koreya trillerinin hüquqları Contents Panda şirkətinə məxsusdur və o hələ ki, ingilisdilli remeyki çəkəcək şirkəti seçməyə tələsmir.

Qeyd edək ki, bundan sonra da Cənubi-Koreya istehsalı olan filmlərin Park Cinema ekranlarında göstərilməsi nəzərdə tutulur və tezliklə novbəti filmin böyük ekrana çıxarılması da gözlənilir.

1479983876_1 1479983944_2 1479983886_3

http://https://youtu.be/XtNQgOG9EOg

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!