Partizan marketinqi nədir?
Partizan marketinqi (ing. guerrilla marketing) – heç bir pul vəsaiti yatırmadan yeni müştərilərin cəlb edilməsinə, məhsulun və yaxud hər hansı bir xidmətin irəli çəkilməsinə, tanıdılmasına, gəlirin artırılmasına imkan verən az büdcəli reklam və marketinq üsuludur.
Bu səbəbdən də partizan marketinqini həmçinin “az büdcəli marketinq” və yaxud “az xərcli marketinq” adlandırırlar. “Partizan marketinqi” anlayışını nəzəri bazaya ilk dəfə amerikalı reklamçı Jay Conrad Levinson daxil etmişdir.
“Leo Bernett” reklam agentliyinin direktoru olan Levinson 1984-cü ildə “Partizan marketinqi” adlı kitab nəşr etdirir. Kitab kiçik biznesə və az xərcli reklam üsullarına həsr edilmişdi.
O zamandan etibarən bu anlayış Levinsonun terminə “Partizan marketinqi” adını verməməsinə baxmayaraq böyük populyarlıq qazanmağa başlayır. Frame.az