Nəfis və sağlıqlı kəsmikli peçenye
Kəsmikli Peçenye
Lazım olan ərzaqlar:
80 qr kərə yağı
1 armudu stəkan şəkər tozu
2 xörək qaşığı qatıq
4 xörək qaşığı kakao
1.5 su stəkanı un
Qabartma tozu
İçlik üçün : meyvəli və ya sadə şirin kəsmik
Bütün ərzaqları yoğurun. Yumşaq ələ yapışmayan xəmir olmalıdır. Xəmirdən qozdan böyük ölçüdə götürüb arasına 1 çay qaşığı kəsmik qoyub yumrulayın. 180 dərəcəli sobada 15 dəq ərzində bişirin.
Nuş olsun!