PAŞA Sığorta ADA Universiteti ilə birgə “Sığortaçı Məktəbi” adlı təlim layihəsinin açılışını həyata keçirdi
PAŞA Sığorta və ADA Universitetinin imzaladığı memorandum çərçivəsində həyata keçirilən “Sığortaçı Məktəbi” layihəsinin 17 sevral tarixində açılışı baş tutub. Layihənin əsas məqsədi öz karyerasını sığorta sektorunda başlamaq istəyən tələbələrə yeni fürsətlər yaratmaq, peşəkarlardan təlim almaq imkanı təklif etməkdir.
Tədbir PAŞA Sığortanın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova və ADA Fondunun Prezidenti Natiq Haciyevin çıxışı ilə başlayıb. Tədbirdə təlimdə iştirak üçün qeydiyyatdan keçən 20-dən artıq tələbə iştirak edib. Qeyd edək ki, tədbirdə İnsan Resursları və Daxili Kommunikasiya departamentinin rəhbəri Asif Sadıqov Uğurlu Karyera Planlanması barədə tələbələri məlumatlandırıb və verilən sualları cavablayıb.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.