FinansFrame LifeSağlamlıqSosialTəqdimat

PAŞA Sığorta “GüclüSən” layihəsi çərçivəsində 120 xanıma ödənişsiz müayinə hədiyyə edib

Artıq iki ildən çoxdur ki, davam edən xanımların süd vəzi xərçəngi ilə bağlı maarifləndirilməsinə həsr olunmuş PAŞA Sığortanın “GüclüSən” adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbiri baş tutdu.

“Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş və Liv Bona Dea hospitalın dətəyi ilə keçirilən “Xərçəngdən GüclüSən” tədbirində çıxan edən PAŞA Sığortanın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova şirkətin birbaşa fəaliyyət istiqamətinə aid olmamasına baxmayaraq, layihənin PAŞA Sığorta üçün önəmini vurğuladı.

2 il ərzində görülən işlər barədə məlumat verən PAŞA Sığortanın Marketinq və Korporativ Kommunikasiyalar departamentinin rəhbəri Məruz Əzmməmmədova sentyabr-oktyabr ayları ərzində Liv Bona Dea ilə birlikdə 120 xanıma ödənişsiz mamoqrafiya müayinəsi və həkim konsultasiyası hədiyyə olunduğunu və müayinələrin hələ də davam etdiyini bildirdi.

Tədbir zamanı Liv Bona Deanın Baş həkimi Uzm. Dr. Cabir Gülmalıyev layihəyə dəstək olmaqdan məmnunluq duyduqlarını və bu cür təşəbbüslərin davam etməyin əhəmiyyətini qeyd etdi.

“Xərçəngdən GüclüSən” tədbiri süd vəzi xərçəngi ilə bağlı təqdimatı əks etdirən həkim çıxışı, rifah və balansla bağlı psixoloq tövsiyəsi və ilhamlandırıcı hekayələrlə davam etdi.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!