PAŞA Sığorta Parkinq KASKO məhsulunun yeni paketini təqdim edir!
“PAŞA Sığorta” avtomobillərin KASKO sığortası üzrə “Parkinq KASKO” məhsulu paketlərini yenilədi. Belə ki, avtomobil sahibləri artıq sadəcə 199 AZN ödənişlə 20 000 AZN-dək təminat əldə etmək imkanı qazanacaqlar. Bu paketi əldə edərək müştərilər aşağıdakı risklərə qarşı təminat əldə edəcəklər:
– Atılmış və ya düşmüş əşya;
– Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;
– Yanğın və partlayış;
– Heyvanların hərəkəti;
– Təbii fəlakətlər ;
– Üçüncü şəxsin qanunazidd hərəkəti (avtonəqliyyat hadisəsi istisna olmaqla).
“Parkinq KASKO”nun digər paketləri isə müştərilərə 79 AZN və ya 99 AZN ödənişlə müvafiq olaraq 5 000 AZN və 10 000 AZN sığorta təminatı təqdim edir. Bu iki paketi əldə edən müştərilər aşağıdakı təminatlardan faydalana biləcəklər:
– Atılmış və ya düşmüş əşya;
– Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;
– Yanğın və partlayış;
– Heyvanların hərəkəti;
– Təbii fəlakətlər.
Qeyd edək ki, 20 000 AZN və ya 10 000 AZN təminat təklif edən paketləri əldə etmək istəyən avtomobil sahibləri rəsmi və ya qeyri-rəsmi servis seçimindən faydalana biləcəklər.
“Parkinq KASKO” məhsulunu əldə etmək, eyni zamanda daha ətraflı məlumat üçün *7000 Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlamaq mümkündür. Bununla yanaşı, müştərilər avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq “PAŞA Sığorta” şirkətinin rəsmi “Facebook” səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək “Parkinq KASKO” sığortası üçün müraciət edə bilərlər.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holdinq” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.