EkologiyaFinansIqtisadiyyatTurizmTəqdimat

PAŞA Sığorta Zəngilanda meşə səthinin bərpası layihəsinə qoşulub

“PAŞA Holding” və onun törəmə şirkətlərinin dəstəyi, Qarabağ Dirçəliş Fondu və Ekologiya və Təbii Sərvətlər nazirliyinin təşkilatçılığı ilə yeni il ərəfəsində Qarbağda sosial layihəyə start verilib. Layihəyə PAŞA Sığorta şirkəti də qoşulub.

Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərimizdə meşə massivinin bərpa edilməsidir. Bu layihə çərçivəsində Zəngilan şəhərində “PAŞA Qrup” şirkətləri tərəfindən ümumilikdə 11 min ağacın əkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, PAŞA Qrup şirkətləri həm müharibə zamanı, həm də müharibədən sonrakı dövrdə cəbhəyə dəstək yönümlü layihələr icra ediblər.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!