IdmanTəqdimat

Paytaxtımızın ev sahibliyi edəcəyi Taekvondo üzrə Dünya Çempionatının Təşkilat Komitəsinin iclası keçirilib

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına son hazırlıqlarla bağlı Təşkilat Komitəsinin iclası keçirilib. 

İclasda Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Təşkilat Komitəsinin sədri Kəmaləddin Heydərov çıxış edərək, dünya çempionatının Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu ifadə edib.

Daha sonra qarşıda duran məsələlər, yarış çərçivəsində baş tutacaq tədbirlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq və paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!