Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılır
Mayın 7-dən etibarən Bakının Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən “Mərkəzi Park”ın tikintisi layihəsinin II mərhələsinin inşası və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması məqsədilə Bəşir Səfəroğlu küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsi yenidənqurma işlərinə görə bağlanır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.