CinemaEventsTəqdimatƏyləncə

“Pis oğlanlar” CineMastercard kinoteatrının yay mövsümünün açılışında

“Amburan Mall” ticarət mərkəzində (Bilgəh qəsəbəsi) yerləşən “CineMastercard” premium kinoteatrında yay mövsümünün açıq səma altında təntənəli açılışı və Amerika istehsalı olan “Pis oğlanlar: Sonacan” filminin premyeradan öncə nümayişi baş tutdu. Axırıncı hissə “Pis oğlanlar” franşizasının dördüncü hissəsi və “Pis oğlanlar: Əbədi” (2020) filminin davamıdır.

Franşizanın ilk hissəsi 1995-ci ildə ekran üzü gördü. Bu müddət ərzində film döyüş komediyaları arasında klassik olmağı bacardı.

Detektiv partnyorların əsas rollarını yenə Uill Smit və Martin Lourens canlandırıblar.

Rejissorlar: Adil El Arbi, Bilal Fallah.

Film haqqında qısaca: Bir gün oğlanlar xəbərlərdə korrupsiyada və narkotik kartelləri ilə əlaqədə olduğu iddia edilən mərhum kapitan Konrad Hovarda qarşı ciddi ittiham eşidirlər. Ölümündən əvvəl çəkilmiş video bunun yalan olduğunu təsdiqləyir, və burada Hovard qatillərini tapmağa və ləkələnmiş şərəfini bərpa etməyə çağırır. Polislər keçmiş yoldaşın çağırışına cavab verməyə hazırdır, lakin bununla özlərini də təhlükəli vəziyyətə salırlar.

Premyeradan öncə nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.

Rəqs qrupunun polis geyimində çıxışı və DJ-in parlaq işıq şousu gecəyə xüsusi əhval-ruhiyyə bəxş edib.

Tədbirin təşkilində “FRYDAY Burgers & Fries” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, Carlsberg Azerbaijan və “Чёткая” Organic vodka dəstək göstəriblər.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır..

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!