FinansIqtisadiyyatTurizmTəqdimat

Pulunuz Kapital Bank istiqrazları ilə sizə daha çox gəlir gətirsin

Xəbər verdiyimiz kimi 26 avqust 2024-cü il tarixində Kapital Bank ASC-nin buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dollar həcmində olan, subordinasiya olunmuş istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. 

İstiqrazların abunə yazılışı 24 sentyabr 2024-cü il tarixinə kimi 30 gün ərzində davam edəcək. Yerləşdirməsi isə 26 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında baş tutacaq. Fiziki şəxslər Bankın filiallarına yaxınlaşaraq abunə yazılışında iştirak edə bilərlər. Həmçinin qeyd edilən tarixdə abunə yazılışında yerləşdirilmiş məbləğlərə əlavə olaraq məbləğin 3%-i həcmində günlük gəlir hesablanacaq. Eyni zamanda, istqraz alışı ilə bağlı bütün xərclər Kapital Bank tərəfindən qarşılanacaq.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. 

Ətraflı məlumat üçün: https://kbl.az/dix 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.  

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!