“Qəbələ” klubu heyətinə daha bir futbolçu cəlb edib
“Qırmızı-qaralar” nigeriyalı hücumçu Ekiqo Ehiosun’u heyətinə qatıb.
Azad agent statusu ilə komandaya cəlb olunan 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Ekiqo Ehiosun 2011-ci ildə “Nigeriya” millisinin heyətində 6 oyun keçirib və 1 qol vurub.
Qeyd edək ki, Nigeriyalı futbolçunun sonuncu komandası “Qazişehir Qaziantep” olub.
Frame.az