“Qəbələ” öz meydanında “Sumqayıt”ın qapısından beş cavabsız top keçirib
Martın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turuna “Qəbələ”-“Sumqayıt” matçı ilə start verilib.
Qəbələ şəhər stadionunda keçirilən oyunda meydan sahibləri qonaqların qapısından beş cavabsız qol keçiriblər. “Qəbələ”nin heyətində qolları Nikolas Raysel (34, 89), Amin Seydiyev (37), Rövlan Muradov (52) və İviça Juniç (63) vurublar.
Bu gün ikinci oyun “Neftçi” və “Sabah” komandaları arasında olacaq.
Turun digər oyunları martın 8-də “ASCO Arena” stadionunda keçiriləcək. “Səbail”–“Zirə” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 16:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Keşlə”-“Qarabağ” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək. Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 19 turdan sonra turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 34 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Sabah” (21), “Zirə” (20), “Səbail” (20) və “Qəbələ” (19) yer alıblar.