IqtisadiyyatPR-TanıtımSağlamlıqTurizmTəqdimat

Qətərdə regionun ultramüasir klinikası açılıb

Dohada “Sidra Medicine” – bütün dünya üçün unikal olan, qadınlar və uşaqlar üçün nəzərdə tutulan tam müasir klinikanın rəsmi açılış mərasimi keçirilib.

Ultramüasir və innovativ klinikanın dizaynını məşhur memar Pelli Klark layihələndirib. Sözügedən tibb müəssisəsinin ştatına 85 ölkədən olan 4 000 yüksək ixtisaslı əməkdaş daxildir ki, əməkdaşların hamısını bir məqsəd birləşdirir – qadınlara, uşaqlara və yeniyetmələrə yüksək keyfiyyətli xidmətlər göstərmək.

Yeni klinika ambulator və stasionar müalicə çərçivəsində 500-dən çox istiqamət üzrə xidmət təklif edir. “Sidra Medicine”də palataların ümumi sayı 400-ə çatır. İntraəməliyyat MRT-si və robotlaşdırılmış əməliyyat sistemləri də daxil olmaqla aparıcı texnologiyalar sayəsində “Sidra Medecine”nin mütəxəssisləri xəstəliyin hətta yüksək risk və ağırlaşması hallarında müəlicəyə fokuslanır. “Sidra Medicine” komandasına pediatriyanın kardiologiya, nevrologiya, urologiya, plastiki və üz-çənə cərrahiyyəsi istiqamətləri üzrə mütəxəssislər daxildir.

Klinikanın rəsmi açılış mərasimində Qətərin sabiq əmiri Əlahəzrət Şeyx Həmad bin Xəlifə əl Tani və Qətər Təhsil, Elm və Cəmiyyətin İnkişafı Fondunun (“Qatar Foundation”) rəhbəri Şeyxa Moza bint Naser əl-Misned iştirak ediblər.

“Tibb sahəsində yeni dövrün başlanğıcının rəmzi sayılan və bu sahənin innovasiya və texnologiyalar lideri olan “Sidra Medicine” tədqiqat mərkəzi qismində Qətərin səhiyyə sisteminin keyfiyyətli bir səviyyəyə keçməsinə təkan verib. “Sidra Medicine” klinikasının imkanlarına xüsusilə Kardiologiya şöbəsində” robotlaşdırılmış cərrahiyyə əməliyyatlarının, həmçinin, şəkərli diabet, ürək-damar və digər ciddi xəstəliklər üzrə tədqiqatlar aparılması daxildir. Bundan başqa, “Sidra Medicine” Qətərin Genom Proqramı (“Qatar Genome Project”) ilə birgə Qətərin milli genom bazasının yaradılması istiqamətində işlər aparır ki, bu baza mütəxəsisslərə xəstəliyin strukturunu daha yüksək səviyyədə anlamağa imkan verəcək bilik mübadiləsini asanlaşdıracaq”, – deyə Şeyxa Moza bint Naser əl-Misned bildirib.

Regionun ən iddialı layihələrindən olan “Sidra Medicine” klinikası Qətər və digər ölkənin pasiyentlərinə yüksək səviyyəli xidmətlər göstərən unikal bir tibb və tədqiqat mərkəzinin yaradılması və inkişaf etdirilməsi məcrasında Şeyxa Moza bint Naser əl-Misnedin baxışını nümayiş etdirir. Yeni klinika əhalinin artan tələbatını ödəyərək əvvəllər həm ölkədə, həm də bütün regionda əlçatmaz olan pediatriya xidmətləri göstərir.

“Sidra Medicine” pasiyentlərin müəlicələrinin nəticələrini yaxşılaşdıra biləcək biotibbi və kliniki tədqiqatların aparılmasına əhəmiyyətli investisiya yatırır. Bura Qətərin Genom Proqramı ilə əməkdaşlıqda daxildir. Bu iddialı demoqrafik layihə Qətərin populyasiyası haqqında genomun və molekulyar məlumatların mənşəyinin ardıcıllığı üçün nəzərdə tutulub. Alınan məlumatlar gələcəkdə fərdiləşdirilmiş tibbə keçid üzrə yol xəritəsinin hazırlanması üçün milli elektron tibb sisteminə daxil edilir.

“Sidra Medicine”in prioritet tədqiqatları sırasında Qətərdə uşaqlarda şəkərli diabetin biokimyəvi və molekulyar diaqnostikanın müəyyənləşdidilməsi məqsədilə təfsilatlı epidemioloji məlumatların yığılmasıdır. Hazırda “Sidra Medicine”də hər bir uşağın müalicəsinin adaptasiyası məqsədilə uşaqlarda şəkərli diabetin yaranma səbəblərini göstərən dəqiq məlumat bazasının yaradılması üzrə işlər aparılır.

Yüksək keyfiyyətli tibb xidmətlərinin göstərilməsi və tədqiqatların aparılması ilə yanaşı “Sidra Medicine” Qətərin səhiyyə sistemində təcrübə və potensialı artırır. Tibb sahəsində milli istedadların inkişafı strategiyası ilə yanaşı “Sidra Medicine” burada praktikada olan gələcəyin həkimlərinə pediatriya və ginekologiya sahələrində öz peşəkarlıqlarını artırmağa imkan verəcək xüsusi bir təhsil təcrübəsi təklif edir.

«“Sidra Medicine” – bütün dünyanın uşaq və qadınlarını müalicə etmək üçün yeni unikal imkanlardır. Biz yüksək keyfiyyətli tibb xidmətlərinə ehtiyacı olan Azərbaycan pasiyentlərinə yardım etməyə şad olardıq. Klinikamızda siz dünyaca məşhur pediatriya peşəkarlarından məsləhətlər və yeni texnologiyalar sayəsində lazımi müalicəni alacaqsınız.Biz ən mürəkkəb belə məsələlərin öhdəsindən gəlməyə hazırıq, axı uşağa yardım göstərmək hər bir həkimin müqəddəs borcudur», – deyə klinikanın baş həkimi, professor Ziyad Hicazi bildirib.

Qeyd edək ki, “Sidra Medicine”də ambulator xidmətlər 2016-cı ilin may ayından, stasionar müalicə isə 2018-ci ilin yanvar ayından etibarən göstərilir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!