Qadın orqanizmi barədə maraqlı faktlar
Qadınların cəmiyyətdə oynadıqları rol əvəzsizdir. Onların kişilərdən nə qədər fərqli olduqlarını aşağıdakı maraqlı faktları oxumaqla biləcəksiniz.
-Qadın ürəyi kişi ürəyindən daha tez döyünür.
-Qadınlar kişilərdən daha çox gözlərini qırpırlar.
-Qadınların orqanizmində piy kişilərdən daha gec əriyir – bu rəqəm gündəlik təqribən 55 kilo kaloriyə bərabərdir.
-Qadınların daha güclü immuniteti var.
-Qadın saçının diametri kişi saçının diametrindən iki dəfə azdır.
-Qadın beynində qırışların sayı kişilərdəkindən çoxdur və burada 30% daha çox birləşmələr mövcuddur. Məhz buna görə qadınlar çoxtapşırıqlılıq (eyni zamanda bir neçə işlə məşğul ola bilmə) funskiyasını daha yaxşı yerinə yetirirlər.
-Qadınların dilində dad reseptorları daha çoxdur.
-Qadınlarda ağrı reseptorları da üstünlük təşkil edir, lakin iltihab proseslərini bloklayan estroqenin mövcudluğuna görə onlar ağrıya daha dözümlüdürlər.
-Qadınlar rəngləri kişilərdən daha yaxşı ayırd edə bilirlər, çünki bu xüsusiyyət birbaşa X xromosomlarla bağlıdır.
-Qadın dərisi kişi dərisindən 10 dəfə daha çox həssasdır.
-Qadınların əzələlərində, sarğılarında elastin maddəsi kollagendən daha çox olduğu üçün onlar daha qıvraqdırlar.
-Qadınlar yüksək tezlikli səsləri kişilərdən daha yaxşı ayırd edə bilirlər.
Yuxu zamanı qadın beyninin elektrik aktivliyi cəmi 10% azaldığı üçün onların daha oyaq yatırlar.
Şirin dadın çalarlarını qadınlar kişilərdən daha yaxşı hiss edə bilirlər.
-Qadınların məkanda bələd olmaları kişilərdən daha pis baş verir. Kişilərin 82%-i paralel parklamanın öhdəsindən gələ bilir, bunlardan 71%-i bunu ilk cəhddən edir. Qadınların nəticəsi isə çox acınacaqlıdır. Onlardan yalnız 22%-u bunu edə bilir, ⅔ hissəsi isə bunu ilk cəhddən edə bilmir.
-Qadınların nitqi üçün beynin iki mərkəzi cavabdehdir, məhz buna görə onlar gün ərzində çətinlik çəkmədən 8000-ə yaxın söz deyə, 3000-ə yaxın səs çıxara və 10000-ə yaxın qeyri-verbal siqnal verə bilirlər. Bu göstəricilər kişilərdə iki dəfə azdır.
Doğuluşdan qadınlarda qoxubilmə xüsusiyyəti daha güclü inkişaf edir.
-Qadınların periferik görmə qabiliyyəti daha yaxşı inkişaf edib. Kişilərdə isə əksinə, tunel görmə qabiliyyəti inkişaf edib.
-Qadın boynu daha hərəkətlidir və məhz buna görə onu çağıran zaman boynunu döndərir. Kişilər bütün gövdə ilə dönürlər.
İki X xromosomun mövcudluğu sayəsində qadınlarda xroniki xəstəliklər və ağırlaşmalar daha az təzahür edir.
-Qadınlar ortalama il ərzində 30-64, kişilər isə cəmi 6-17 dəfə ağlayırlar.
Proqesteron, kortizol və estradiol hormonlarının yuxarı səviyyədə olması qadınların narahatlıq və qorxu hisslərini artırır. Məhz buna görə də intuitiv olaraq qadınlar təhlükəni kişilərdən daha yaxşı hiss edirlər.