Baku City CircuitFormula 1Idman

Qadın pilotların çempionatı 2019-cu ildə başlayacaq

Formula 1-də iştirak etmək istəyən qadın pilotlara kömək məqsədilə keçirilən “W Series” beynəlxalq çempionatına 2019-cu ildə start veriləcək.

Frame.az “Autosport” saytına istinadla xəbər verir ki, Formula 1 yarışlarının keçmiş pilotu şotlandiyalı Devid Kulthard bu çempionata dəstək verəcək. Çempionatın mükafat fondu 1,5 milyon dollar təşkil edəcək, qalib isə 500 min dollar alacaq. Altı mərhələdən ibarət olacaq bu yarışlar may ayında başlayacaq.

Pilot qadınlar çempionatda iştirak etmək üçün ödəniş etməyəcək və onları Kulthardla yanaşı, Formula 1 komandasının keçmiş meneceri Deyv Rayan və konstruktor Edrian Nyui seçəcəklər.

D.Kulthard deyib: “Biz qadınların kişilərlə bərabər səviyyədə rəqabət aparacağına əminik. Hazırda qadın pilotlar “GP3”, yaxud Formula 3 səviyyəsinə çatmaq üçün məşq edirlər. Bundan sonra onların çempionatda iştirakı maliyyə vəsaitindən deyil, bacarıqdan asılı olacaq. “W Series”in keçirilməsi məhz bu baxımdan lazımdır”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!