Qadınların gücünü birləşdirən kitabın təqdimatı keçirilib
Xəbər verdiyimiz kimi FitmomAzerbaijan-ın təsisçisi Talegül Əliyeva bu ilin sentyabr ayında “Qadın Gücdür” adlı layihəsinin əsasını qoymuş, bu məqsədlə layihə çərçivəsində 14 günlük fitnes marafonu keçirərək respublikada ilk olaraq bootcamp keçirmişdir.
“Qadın Gücdür” kitabının yazılmasında isə əsas məqsəd qadınların cəmiyyətə integrasiyası prosesinə təkan vermək və onu daha uzunmüddətli, hətta qalıcı etməkdir. Kitabda müəyyən məntiqi ardıcıllıqlarla bir-birinə bağlanmış başlıqlar oxucuya yol göstərir. Müəllif əsas meyar olaraq müxtəlif psixoloji və tarixi faktlara əsaslanaraq hər bir oxucusunun yaxın dostuna çevrilməyi hədəfləyib.Yaxın günlərdə şəhərdə fəaliyyət göstərən antikafelərdən birində kitabın təqdimatı baş tutub.
Tədbir interaktiv şəkildə keçirilib. Qonaqlar müəllifə suallarını ünvanlıyıb. Müəllif isə maraqlı sualların sahiblərinə öz kitabını hədiyyə edib.
Qeyd edək ki, təqdimat xeyriyyə məqsədli olub. Tədbir zamanı satılan kitablardan əldə olunan gəlirin 60%-i ağır əzələ çatışmazlığı xəstəliyindən əziyyət çəkən Nərgizin hesabına köçürülüb.Talegül xanım bütün xanımları öz gücləri ətrafında birləşməyə və xeyriyyəçiliyə səsləyib.
Axı bu dünyanı xeyirli əməllər xilas edəcək.
Frame.az