“Qarabağ” komandası “Kəpəz”i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında “Qarabağ” komandası “Kəpəz”i məğlub edib.
Frame.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Kəpəz”i qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Topları 34-cü dəqiqədə Coşqun Diniyev, 80-ci dəqiqədə isə Dani Kintana qapıdan keçirib.
Matçda Türkiyənin “Trabzonspor” komandasından icarəyə götürülmüş Ramil Şeydayev Azərbaycan Premyer Liqasında debüt edib.
Qeyd edək ki, bu qələbə sayəsində “Qarabağ” xallarını 12-yə çatdırsa da, turnir cədvəlində ikinci pillədə möhkəmlənib. Lakin Ağdam komandasının ehtiyatda bir oyunu var. Bir xalı olan “Kəpəz” isə “Neftçi” ilə 7-8-ci yerləri bölüşür.