Qayalarda yerləşən qeyri-adi şəhər
Ronda – bütün dünya turistləri üçün məşhur olan balaca bir şəhərdir. O İspaniyanın Malaqa əyalətində yerləşir. Dəniz səviyyəsindən 723 m hündülükdə yerləşən bu şəhər çox dik El Tayo kanyonunun üzərindən yerləşir, bu kanyon da öz növbəsində bu şəhəri iki hissəyə bölür.
Ronda Malaqa şəhərindən 100 km aralıqda yerləşməklə əhalisi 36 mindən bir az çoxdur.
Bu şəhər İspaniyanın ən qədim şəhərlərindən biridir. Buna sübut kimi isə paleolit erasına, finikiya, Karfaqen və yunan yaşayış məskənləri dövrünə aid çoxsaylı arxeoloji tapıntıları göstərmək olar. Romalıların hakimiyyəti zamanı bu şəhər Arunda adlanırdı və əyalətin ən vacib ticarət mərkəzlərindən biri sayılırdı.
Bizim eranın 8-ci əsrində Ronda 1485-ci ilədək mövcud olan müstəqil mavritaniya əmirliyinin paytaxtı elan olunur. Müasir Rondanın tarixi hissəsi Andalusiya ərazisində mavrların ən son dayanacaq nöqtəsi olub. Hər dəfə xristianlar qarşısında Taho yarğanı keçilməz sədd olar dayanıb. Ronda yalnız 1485-ci ildə fəth edilə bilib.
Şəhər İspaniyann milli abidəsi elan olunub və Taho dərin yarğanının (100 m-dən çox, yarğanın dibində isə Quadalevin çayı axır) hər iki tərəfində tikilib. Bu yarğan şəhəri iki hissəyə bölür: 13-cü əsrə aid qədim şəhər və 18-ci əsrə aid müasir şəhər. Hər iki isə 18-ci əsrdə tikilən “Yeni körpü” ilə birləşir. Bu körpü şəhərin simvoluna çevrilib.
Maraqlısı odur ki, ilkin zamanlarda körpünün daxili otaqları həbsxanan kameraları kimi istifadə olunub. Rondada Puente Viejo adlı daha qədim bir körpü daha var və o yarğan boyu aşağı hissədə yerləşir.
Ronda ispan korridasının beşiyi hesab edilir. Məhz burada öküz döyüşlərinin keçirilməsi üçün ən birinci, ən böyük və ən möhtəşəm arena tikilib. Arenanı böyük möhtəşəmliklə 1785-ci ildə açıq elan etdilər və bu tədbirdə o zamanın qabaqcıl toreadorları – Pedro Romero və Pepe Hillo da iştirak etdilər. O vaxtdan indiyədək bu arenada tamaşalar keçirilir.
Rondada bütün ticarət Carrera Espinel küçəsində baş verir – məhz bura çoxsaylı turistlər gələrək xatirə suvenirlər əldə edirlər. Ən əsası isə bura gələn insanlar hər zaman aldıqları təəssüratlardan bir daha qayıtmaq arzusunda olurlar.
Ernest Heminquey bu gözəl şəhərdə bir neçə ay yaşayıb. O bu şəhəri öz yazdığı əsərlərdə daim xatırlayıb, onun qeyri-adi gözəlliyini tərif edib və bu da öz növbəsində şəhərin məşhur turist attraksionlarından birinə çevrilməsinə yardım edib.
Frame.az