EventsPartnershipPR-TanıtımSağlamlıqTəqdimat

“Qadın Gücdür” layihəsinə start verilib

2016-cı ildən İnstagram sosial şəbəkəsində FitnessbyGulya səhifəsi ilə qadınların sağlamlığı, gözəlliyi və inkişafı sahəsində motivasiya, eləcə də maarifləndirici xarakterdə işlər görməyə başlayan Talegül Əliyeva Hollandiyanın Wageningen Universitetinin “Macronutrients & Nutrition”, Stanford Universitetinin “Fundamentals of Healthy Eating” kurslarını uğurla bitirmişdir. Hal-hazırda American Council on Exercise tərəfindən fitness sertifikasıyası ilə bağlı kurs almaqdadır.

Gulya xanım Sentyabrın 17-dən ilk fitness marafonuna start vermişdir. Layihə ümumilikdə 80 nəfərə yaxın xanımı əhatə edir.

“Qadın Gücdür” adlı layihənin ilk marafonunun bu gün mükafatlandırma mərasimi keçirildi. Tədbirdə Gulya xanım marafonla bağlı fikirlərini. yenilikləri bölüşdü və qeyd etdi ki, layihə çərçivəsində bır sıra marafonlar, sağlam arıqlamaq tədbirləri keçiriləcək.

Tədbirdə iştirak edən xanımlara sertifikatlar verildi və xatirə şəkilləri çəkdirildi.

Gulya xanım iki ay ərzində layihənin adı ilə eyni olan “Qadın Gücdür” kitabının təqdimatını da keçirməyi planlaşdırır.

21 günluk fitness transformasiya proqramlarını əldə edin, siz də sağlam yollarla artıq çəkilərdən azad olun.

Tədbirin informasiya dəstəyi Frame.az və Frame Partnership Club

Fitmomazerbaijan-Woman is power

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!