FutbolIdman

“Qızıl top” mükafatına bütün namizədlərin adları açıqlanıb

FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.

Frame.az xəbər verir ki, ilk beşlikdə Serxio Aqüero (“Mançester Siti”), Qaret Beyl (“Real Madrid”), Kərim Benzema (“Real Madrid”), Alisson Bekker (“Liverpul”) və Edinson Kavani (PSG) yer almışdılar.

Bu saatlarda FIFA və “France Football” jurnalı digər futbolçuların da adlarını açıqlayıb. Digər namizədlər bunlardır: Tibo Kurtua (“Real Madrid”), Kriştianu Ronaldu (“Yuventus”), Kevin De Bruyne (“Mançester Siti”), Roberto Firmino (“Liverpul”), Dieqo Qodin (“Atletiko”), Antuan Qrizmann (“Atletiko Madrid”), İsko Alarkon (“Real Madrid”), Eden Azar (“Çelsi”), Harri Keyn (“Tottenhem”) və Nqolo Kante (“Çelsi”), Uqo Lyoris (“Tottenhem”), Mario Mancukiç (“Yuventus”), Sadio Mane (“Liverpul”), Marselo (“Real Madrid”), Kilian Mbappe (PSG).

Təqdimetmə mərasimində, həmçinin FİFA ilk dəfə olaraq ən yaxşı gənc oyunçuya da mükafatlar təqdim edəcək. Ən gənc oyunçuların siyasında Trent Arnold (“Liverpul”, 20 yaş),

Ussyem Aua (“Lion”, 20 yaş), Patrik Kutrone (“Milan”, 20 yaş), Ritsu Doan (“Qroningen”, 20 yaş), Canluici Donnarumma (“Milan”, 19 yaş), Amadu Aydara (“Zaltsburq”, 20 yaş), Castin Klüvert (“Ayaks”/”Roma”, 19 yaş), Kilian Mbappe (PSG, 19 yaş), Kristian Pulişiç (“Borussiya”, 20 yaş) və Rodriqo Silva De Qoes (“Santos”, 17 yaş) yer alıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!