Təqdimat

Qələbənin 75 illiyi münasibətilə gənclər təşkilatlarının onlayn formatda beynəlxalq görüşü olub

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş gənclər təşkilatlarının onlayn formatda beynəlxalq görüşü keçirilib.

ARGTMŞ–dən bildiriblər ki, görüşün keçirilməsinin məqsədi İkinci Dünya müharibəsində Qələbənin müasir gəncliyə aşıladığı dəyərləri, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında gənclər təşkilatlarının rolunu müzakirə etmək və tarixi qələbənin təfərrüatlarını müharibənin şahidi və iştirakçısı olmuş veteranların dilindən eşitmək olub.

Görüşün açılışında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov və Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və başqaları çıxış ediblər.

Sonra Milli Məclisin deputatları Ramin Məmmədov, Məzahir Əfəndiyev və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə Böyük Vətən müharibəsində Qələbənin müasir gəncliyə aşıladığı dəyərlər və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında gənclər təşkilatlarının rolu mövzularını ilə bağlı dəyirmi masa keçirilib.

Daha sonra Gənclər və İdman Nazirliyinin hazırladığı Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş, eləcə də Azərbaycanın bu müharibədə iştirak etmiş qəhrəmanlarına həsr edilmiş videoçarxlar göstərilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!