“Red Bull Racing” komandasının pilotları Qobustanda gəziblər
Azərbaycanda yürüş həftəsonu ərəfəsində “Red Bull Racing” komandasının pilotları Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olublar.
Maraqlıdır ki, Daniel Rikkardo və Maks Ferstappen qoruğun ərazisində məxsusi olaraq Avstriya konserninin rəngləri ilə boyanmış “Niva” markalı avtomobilləri sürüblər.
Frame.az xəbər verir ki, promo kampaniyasının təşkilatçıları hər iki maşına “Mənim digər maşınım – RB14” yarlığını yapışdırıblar. Arxa şüşəyə vurulmuş daha bir yazıda deyilir: “Mən necə sürürəm? 555-2368 nömrəsi ilə Kristiana zəng edin”.