“RED BULL SHAKH CARPET” qayıdır!
18 fevral tarixində “Şahdağ” Turizm Mərkəzində artıq üçüncü dəfə olaraq ən ekstremal və şən qış müsabiqəsi – “RED BULL SHAKH CARPET” keçiriləcək!
Hərfi mənası “Xalçaların Şahı” olan müsabiqənin ideyası ondan ibarətdir ki, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün istənilən vasitələrlə təchiz olunmuş
iştirakçılar enişin sonunda kiçik tramplinin üzərindən hovuza atlanırlar. Əsası odur ki, iştirakçıların xüsusilə müsabiqə üçün düzəltdikləri hərəkət vasitələrinin əsas elementi mütləq XALÇA olmalıdır!
Qeydiyyatdan keçmək üçün iştirakçılar qabaqcadan komandanın kreativ konsepsiyasını və adını fikirləşməli, xalça ilə sürüşmək üçün vasitəni düzəltməli, həmçinin müvafiq şən kostyumlar hazırlamalıdırlar.
Komanda 2-3 iştirakçılardan ibarət olmalıdır.
Konstruksiyaların qurulmasında xizəkdən, snouborddan, altı buz bağlamış yeşiklərdən və ya qar üzərində hərəkət üçün istənilən digər “hərəkət vasitələrindən” istifadə edilə bilər.
Hər komandanın çıxışı üçün 5 dəqiqə vaxt verilir (performans – tullanma).
Hər tullanma münsiflər heyəti tərəfindən növbəti meyarlara əsasən qiymətləndiriləcək: fəndin (tullanmanın) icrası, kostyumların və çıxışın yaradıcılığı. Qalib gəlməyin növbəti məyarı isə tamaşaçıların simpatiyasını qazanmaqdır. Tədbir gününə artıq tam hazır olan münsiflər, üx təkanla tullanma idman növü ilə məşqul olan çempion Nazim Babayev, məşhur müğənni Tunzalə Ağayeva, “Cinema Plus” şirkətin icraçı direktoru Cəfər Axundzadə, müğənni və aktrisa Dilarə Kəzimova və tanınmış kreativ teleprodüser Murad Dadaşev.
Qaliblər həftəsonu “Şahdağ” Turizm Mərkəzində xizək, snoubord sürmək və ya öyrənmək imkanı, həmçinin Formula 1 Azərbaycan Qran Prisinin pərdə-arxasına eksklüziv bilet almaq və Red Bull Racing komandasının pilotları ilə görüşmək imkanını qazanacaqlar. Yarışma “Şahdağ” Turizm Mərkəzinin dəstəyi ilə keçirilir.
Qaydalarla yaxından tanış olmaq üçün – redbul.az/shakhcarpet
Frame.az