Maraqlı

Robin Şarma aforizmləri

Çox insan iyirmi yaşında ölər; amma səksən yaşında basdırılar.

İnsanlar, sən istədiyin qədər həyatındalar, göz yumduğun qədər dürüstlər və onları bağışladığın qədər yaxşıdılar.

İnsan geridə buraxdıqları üçün darıxar, əlinin altındakılardan sıxılar, çata bilmədiklərinə tutular.. və çatılmaz olanı həmişə aşıq olar!

Bir insanın yaşayıb yaşamadığını anlamaq istəsən, nəbzinə deyil qüruruna bax, dayanırsa yaşayır.

İnsan gözlədiyi qədər xoşbəxtdir.

Hələ də aclıqdan ölənlər varsa dünyada, Əslində ölən insanlar deyil; insanlıqdır.

Ölüm həyatda böyük itgi deyil. Əsl böyük itgi, yaşayarkən içimizdə ölənlərdir.

Həyatda bir tək müvəffəqiyyətsizlik vardır, o da sınamamaqdır.

Hamımızın başı sağ olsun. İnsanlıq ölübdür.

Qayğı verici düşüncə bir embrion kimidir; meydana gəldiyində kiçikdir, amma böyüyər və daha çox böyüyər. Qısa müddət sonra öz idarəsini əlinə alar.

Keçmişdəki ağrılarına gülümsəyərək baxdığın an; Böyümüsən deməkdir.

Kimsə mənə özünü sübut etmə səyinə girməsin. Çünki hər şey ortadadır, yeni maskalar çıxarmanın bir mənası yoxdur.

Cavab vermək məcburiyyətində qaldığın tək adam, Hər səhər aynaya baxdığında gördüyün adamdır.

Qadın olmaq: Hər kişidə bir parça buraxmaq deyil, Bir kişidə bütün ola bilməkdir.

Keşmişinizin üzərində dayanıb düşündüyünüz hər an gələcəyinizi itirirsiniz.

Kişi olmaq: Mükəmməlliyini bir çox qadına sübut etmək deyil, Tək bir qadına mükəmməli yaşata bilməkdir.

Doğulduğunda hər kəs gülərkən sən ağlayırdın; indi elə bir həyat sür ki öldüyündə sən gülərkən hər kəs ağlasın.

Misli bərabəri olmayan bir şeydir eşq; Siz belə özünüzü sevə bilməzkən, O sizi bir başqasına sevdirər.

Çox insan necə yaşanacağını, ancaq ölmə vaxtı gəldiyində öyrənər, çox təəssüf. Çoxu insan ömürünün ən gözəl illərini, bir mənzil dairəsinin otağında, televiziya seyr edərək keçirər. Bunun, sizin başınıza da gəlməsinə icazə verməyin.

Əgər kim olmağın haqqında ən kiçik bir fikirin də yoxsa, dogru avtomobillərə, evlərə və geyimlərə sahib olmaq tamamilə mənasızdır. Buna görə həyatda daha çoxuna sahib olmağa çalışmaqdan imtina et və həyat üçün daha çoxu olmağa çalış.

İnsan inkişafı, bir qatara bənzəyir: özünü aşan insan, stansiyasından, həddini aşan insan isə relsindən çıxmış deməkdir.

Heç bir zaman həyatdan dümmağ bir səhifə gözləmə! Çünki ikinci səhifə belə, birincinin izlərini daşıyar…

Hər insanın aynalara göstərmədiyi bir üzü və kimsəyə söyləmədiyi bir hüznü vardır…

Qadınlar aydın olmaq üçün deyil yaşanmaq üçündür. Yaşanacaq qadın tapdınızsa, anlamaq üçün vaxt itirməyin.

Bir dağın zirvəsində olmanın kefini əvvəl ətəklərində olmamış necə yaşaya bilərsən.

Mənə yaxşı gələnlər, həmişə məndən gedənlər oldu.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!