Bizim AşpazDünya MətbəxiLəzzətli BölümSəyahətTurizmTəqdimat

Rusiya bloqerləri Azərbaycan milli mətbəxi ilə tanış olublar

İyunun 26-da Azərbaycan Turizm Bürosu tərəfindən Moskva şəhərində Rusiyanın nüfuzlu bloqerləri üçün piknik təşkil edilib.

Sosial şəbəkələrdə böyük izləyici kütləsi olan 10-a yaxın bloqerin iştirak etdiyi piknikin keçirilməsində məqsəd Azərbaycanın milli mətbəx nümunələrinin təbliği və daha geniş kütləyə tanıtıdırılmasıdır.

Piknik zamanı azərbaycanlı aşpaz Orxan Muxtarov bloqerlərə Azərbaycanın zəngin milli mətbəxi, onun komponentləri və hazırlanma qaydaları, o cümlədən ölkənin qastronomik turizm sahəsindəki mövcud potensialı barədə ətraflı məlumat verib.

Sonda ölkənin çayiçmə mədəniyyəti, o cümlədən şərabçılıq ənənələri ilə tanış olan bloqerlərə xüsusi hədiyyələr verilib.

Qeyd edək ki, təbliğat xarakterli piknik Moskvada baş tutan “Taste of Moscow” sərgisinə dəstək məqsədilə keçirilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!