Rüstəm Rəhimova həsr olunmuş kitabın təqdimatı keçirilib (fotolar)
AFFA-nın inzibati binasında Azərbaycan futbol hakimliyinin ən istedadlı nümayəndələrindən biri, ümumittifaq dərəcəli hakim, futbol veteranı Rüstəm Rəhimovun karyerasından bəhs edən “Bu mənim alın yazımdır” kitabının təqdimat mərasimi keçirilib.
AFFA-nın maliyyə dəstəyi hesabına Azərbaycan və rus dillərində nəşr olunmuş kitabın müəllifi Qvami Məhəbbətoğludur.
Tədbirdə vaxtilə R. Rəhimovla birgə çiyin-çiyinə oynamış və hakimlik etmiş, eləcə də “Neftçi” klubunun 80 illik yubileyi ilə əlaqədar ölkəmizdə səfərdə olan futbol veteranları, Azərbaycan idman ictimaiyyətinin digər nümayəndələri, incəsənət xadimləri və mətbuat işçiləri iştirak ediblər.
Təqdimat mərasiminə təşrif buyuranlar R.Rəhimovla bağlı xatirələrini bölüşüb, xoş sözlər söyləyiblər.
Rüstəm Rəhimov tədbir iştirakçılarına minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan futbolunun inkişafı məqsədilə fəaliyyətini davam etdirəcəyini deyib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib. Frame.az www.affa.az