EventsSosialTəqdimatƏn SonƏn Son

Şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək məqsədi ilə “YAŞAT” Marafonu təşkil olunacaq

29 aprel tarixində “YAŞAT” Marafonu ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Diqqətə çatdırılıb ki, 25 may 2021-ci il tarixində saat 21:00-da Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək.

Marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.

Marafonda bütün dünya azərbaycanlıları “Gəlin Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.

Videoyayım formatında təşkil ediləcək Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcəkdir.

Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər.

Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!