Frame LifeMotivasiyaMəsləhətSağlamlıqSosial

Şəkərli diabet ilə mübarizə aparanlar mükafatlandırılacaq

“Azerbaijan Changing DiabetesTM Awards 2018” adlı layihə çərçivəsində yaradılmış müşavirə şurasının ekspertləri  ölkədə şəkərli diabetlə mübarizə sahəsində fəaliyyət göstərən, bu istiqamətdə müxtəlif təşəbbüslərin müəllifi olan, şəkərli diabetlə mübarizədə innovativ yanaşmaların tətbiqi ilə fərqlənən, eləcə də maarifləndirmə işləri aparan insanların mükafatlandırılmasına qərar verib.

Müşavirə şurasının ekspertlərininqərarı ilə “Azerbaijan Changing DiabetesTM Awards 2018” layihəsi çərçivəsində 4 nominasiya üzrə mükafatların təqdim olunacaq.

Hər nominasiyanın qalibi aşağıda göstərilən meyarlar üzrə müəyyənləşdiriləcək:

 İlin Ən Yaxşı Həkimi

Bu nominasiyada şəkərli diabetlə bağlı elmi toplantılarda aktiv iştirak edən, pasiyentlərinin HbA1c (qlükozlaşdırılmış hemoqlobin) göstəricisini ciddi nəzarət altında saxlayan, milli və beynəlxalq protokallara riayət edən həkimlərə üstünlük veriləcək.

İlin Ən Yaxşı Təlimçisi

Bu nominasiya üzrə şəkərli diabeti olan pasiyentlərə keçdiyi diabet təlimlərə, keyfiyyətli tədris apardığına görə seçilən şəxslər mükafatlandırılacaq.

İlin İnnovatoru

Bu nominasiyada innovativ, elmi və əhalinin sağlamlığına yönəlmiş layihələrin təşəbbüsçüsü və ya iştirakçısı olan, yeni müalicə üsullarına üstünlük verən şəxslər mükafatlandırılacaq.

İlin Ən Yaxşı Jurnalisti

Bu nominasiyada şəkərli diabet ilə mübarizəyə dair məqalə müəllifləri, eləcə də diabet problemlərinin obyektiv işıqlandırılması və həlli yolunda fəallıq göstərən jurnalistlərə üstünlük veriləcək.

Müraciətlər 2018-ci ilin sentyabr ayının 13-dən 5 oktyabra qədər acda2018@novonordisk.com  ünvanına qəbul ediləcək (məktubu göndərərkən hansı nominasiyaya müraciət olunduğu qeyd olunmalıdır). Bundan sonra ekspertlərdən ibarət komitə üzvləri müraciətləri təhlil edərək, seçilmiş nominantlarla görüşərək, hər nominasiya üzrə qalibləri müəyyənləşdirəcək.

Ötən il mükafatlandırılan iştirakçılar 2018-ci ilin müsabiqəsində iştirak edə bilməzlər.

Tədbirdə dünyada şəkərli diabetli pasiyentlərin yalnız yarısında aşkarlanaraq bu diaqnozun qoyulduğu və diaqnoz qoyulan pasiyentlərin yalnız yarısı üçün müalicənin əlçatan olduğu vurğulanıb. Hal hazırda mövcud statistikaya əsasən, diabet qeyri-infeksion xəstəliklər arasında 7-ci ölüm səbəbi hesab olunur. 2015-ci ildə 5 milyondan artıq insan şəkərli diabet üzündən həyatını itirib. Azərbaycanda qeydiyyatda olan şəkərli diabetli pasiyentlərinsayı isə 240 mindən bir qədər yüksəkdir.

Amma bu rəqəm real vəziyyəti əks etdirmir. Belə ki, 2011-ci ildə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən aparılan sorğuya əsasən, Azərbaycanda əhali arasında bu xəstəliyin yayılması 11,6 faiz təşkil edib. Başqa sözlə bu, əhalinin ümumi sayı ilə müqayisədə 1 milyondan artıq pasiyent deməkdir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son qiymətləndirməsinə əsasən, dünyada 415 milyon insan şəkərli diabetdən əziyyət çəkir. 20 ildən sonra isə bu rəqəmin 642 milyona çatacağı gözlənilir.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!