Sərfəli “Qış kampaniyası”-nın müddəti uzadıldı
Müraciətlərin çoxluğunu nəzərə alaraq, daha çox istehlakçının kampaniyadan yararlanmasını təmin etmək məqsədilə AFB Bank “Qış kampaniyası”-nın müddətini uzatdı.
31 Yanvaradək davam edəcək “Qış kampaniyası” çəçivəsində kredit götürən hər kəsə illik faiz dərəcəsinə 2% endirim (min illik faiz dərəcəsi 16%-dən az olmamaq şərtilə) ediləcək. Qeyd edək ki, kredit üçün müracitə edənlər komissiya haqqı ödəməyəklər.
Xatırladaq ki, Nağd pul kreditinin müddəti 3 aydan 48 ayadəkdir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.